Beynəlxalq Xokkey Federasiyasının təxirə salınan planları

21 May, 10:49 Sosial mediada paylaşın:
Pandemiyası təkcə MXL-in yox, həm də Beynəlxalq Xokkey Federasiyasının planlarını alt-üst edib. Xəbər verdiyimiz kimi may ayında İsveçrədə keçirilməli olan xokkey üzrə dünya çempionatı ləğv edilib. Bununla yanaşı, qurumun qarşıdakı illər üçün planları da dəyişib.
Beynəlxalq Xokkey Federasiyası gələn il Belarus və Latviyada keçiriləsi dünya çempionatının bəzi məqamlarını müəyyənləşdirə bilməyib. Plana əsasən, bu ilki dünya çempionatının sonuna yaxın artıq növbəti mundialın təfərrüatı ictimaiyyətə açıqlanmalı idi. Amma pandemiyaya görə nəinki çempionat keçirmək, heç konqress təşkil etmək mümkün olmadı. Federasiya bu günlərdə bəyanat yayaraq konqresi iyunun 24-nə təxirə saldıqlarını açıqlayıb.Bununla yanaşı, qurum bəzi nüanslara indidən aydınlıq gətirib. Belə ki, 2021-ci ilin çempionatında Rusiya və Kanada millilərinin qruplarda yerləri dəyişib. Belə ki, rusiyalılar oyunlarını Riqada yox, Minskdə keçirmək istədiyinə görə Beynəlxalq Xokkey Federasiyası kanadalılarla razılıq əldə etməli olub. Beləliklə, Rusiya seçməsi A qrupunda İsveç, Çexiya, İsveçrə, Slovakiya, Danimarka, Belarus və Böyük Britaniya milliləri ilə oynayacaq. Kanada millisi isə B qrupunda Finlandiya, ABŞ, Almaniya, Latviya, Norveç, İtaliya və Qazaxıstan yığmaları ilə qarşılaşacaq. Xatırladaq ki, çempionatın gələn il mayın 7-dən 23-nə qədər keçirilməsi planlaşdırılır. Amma mundialın daha 2 həftə sonraya təxirə salınacağı istisna olunmur.
Əlavə edək ki, pandemiyaya görə bu ilki dünya çempionatının təşkkilatçılığından məhrum olan İsveçrə 2023-cü ildə yarışı qəbul etməyi arzulayır. Amma həmin ilin dünya çempionatı Sankt-Peterburq şəhərində keçirlməlidir. İsveçrəlilər Rusiyanın şimal paytaxtındakı arenanın tikintisində yaranan problemlərə görə ümidləniblər.Həm də nəzərə almaq lazımdır ki, dopinq qalmaqalına görə Rusiya yaxın illərdə nəhəng turnirlərə ev sahibliyi edə bilməz. Bununla belə son qərarı Beynəlxalq Xokkey Federasiyası qəbul edəcək...

CANLI YAYIM