Devid Hey ilk "5-lik"də Taysona yer verməyib

20 May, 11:12 Sosial mediada paylaşın:
Peşəkar boks üzrə sabiq dünya çempionu Devid Hey tarixin ən ağır çəkili rinq ustalarının reytinqini tərtib edib.
Maraqlıdır ki, onun siyahısının ilk “5-liy”ində Mayk Taysona yer tapılmayıb. SİTAT “Hamı Mayk Taysonla Evander Holifildin 3-cü döyuşünün mümkünlüyündən danışır. Bunu nəzərə alaraq, tarixin ən güclü ağırçəkililərinin reytinqini tərtib etmişəm.Buraya yaşı 45-i ötən əfsanələri daxil etmişəm. Söhbət həm də karyerasını bitirənlərdən gedir. Mənə görə tarixin ən güclülərinin ardıcıllığı belədir: Məhəmməd Əli, Lennoks Lüis, Evander Holifild, Corc Forman, Larri Holms, Mayk Tayson, Co Freyzer, Conni Liston, Ken Norton, Riddik Bou”.

CANLI YAYIM