Maykl Cordan 17 kateqoriyada Lebron Ceymsi üstələdi

19 May, 11:31 Sosial mediada paylaşın:
Amerikanın nüfuzlu ESPN teleşirkəti basketbol həvəskarları arasında Maykl Cordanla Lebron Ceymsin müqayisəsi ilə bağlı sorğu keçirib.
“Çikaqo” əfsanəsi haqda çəkilən “Sonuncu rəqs” adlı sənədli serialdan sonra tamaşaçılar bu iki basketbolçuya dair ayrı-ayrı 17 suala cavab verməli olub. Maraqlıdır ki, azarkeşlər bütün kateqoriyalarda Cordana üstünlük veriblər. Ümumiyyətlə, respondentlərin 73 faizi Mayklın Lebrondan yaxşı olduğunu bildirib.

CANLI YAYIM