Fernando Alonso Formula 1-ə qayıtmaq üçün nə vaxt qərar qəbul edəcək?

18 May, 11:54 Sosial mediada paylaşın:
Fernando Alonso Formula 1-də  karyerasını bərpa etməyə tələsmir.
İspaniyanın  “As” nəşrinin məlumatına görə,  ikiqat dünya çempionu yekun qərarını yay fəslindən tez qəbul etməyəcək. İndiki məqamda ispaniyalı pilot avqust ayına planlaşdırılan “İndianapolisin 500 mil” yarışı haqda fikirləşir. Xatırladaq ki, bir müddət əvvəl Alonsonun növbəti mövsümdə  “Reno”ya keçəcəyi ilə bağlı məlumat yayılmışdı. Onun özü də dəfələrlə mətbuata açıqlamasında Formula 1-ə qayıtmaq haqda fikirləşdiyini söyləyib.

CANLI YAYIM