Bu mövsüm Sinqapur "Qran-pri"si keçirilməyə bilər

18 May, 11:50 Sosial mediada paylaşın:
Bu mövsüm Sinqapur Qran-prisinin keçirilməsi sual altındadır.
“The Strait Time” nəşrinin məlumatına görə, Qran-prinin təşkilatçıları azarkeşsiz avtodromda yarışın mənasız olduğunu düşünür. Bilet satılmayan bir yarışdan gəlir əldə etməyən təşkilatçılar həmçinin trassı hazırlamaqda da vaxt problemlə üzləşiblər. Bunun üçün onlara 3 ay laızmdır. Xatırladaq ki, Monako Qran-prisinin ləğv edilməsinin səbəblərindən biri də məhz bu amil idi.
Bir sözlə, sinqapurluların yarışı keçirmək üçün üzvlük haqqını ödəmək istəməməsi bu il yarışın ləğvinə səbəb ola bilər.

CANLI YAYIM