Bu gün Almaniya çempionatı bərpa ediləcək

16 May, 12:13 Sosial mediada paylaşın:
Bu gün Avropa futbolunun “Böyük beşlik” ölkələrindən Almaniyada Bundesliqa bərpa ediləcək. 26-cı turun 6 oyunu şənbə gününə təyin edilib. Bunlardan 3-nü azarkeşlər “İdman TV” ilə izləyə biləcəklər.
Bu gün keçirilən görüşlər arasında Rur derbisi daha çox maraq doğurur. Dortmundda yerli “Borussiya” klubu əzəli rəqibi “Şalke”ni qəbul edəcək. Xatırladaq ki, bu komandaların birinci dövrədə Helzerzerkirhendə keçirilən ilk oyununda hesab açılmamışdı. Bu gün saat 17:30-da başlanan qarşılaşma “İdman Tv” ilə canlı yayımlanacaq. Həmin görüşlə paralel daha 4 matç keçiriləcək. Bunlar “Auqsburq” və “Volfsburq”, “Fortuna” və “Paderborn”, “Hoffenhaym” və “Herta”, eləcə də “Leyptsiq” və “Frayburq” komandaları arasında oyunlardır.
Günə Frankfurtda yekun vurulacaq. Yerli “Ayntraxt” futbolçuları Borussiya Mönhenqladbax təmsilçiləri ilə üz-üzə gələcəklər. Bu görüş isə saat 20-30-dan “İdman Tv” ilə canlı yayımlancaq. Qeyd edək ki, saat 22:30-dan “Leyptsiq” – “Frayburq” oyunun videoyazısı da azarkeşlərə təqdim olunacaq.

CANLI YAYIM