Avroliqanın bərpasına dair yekun qərar mayın 25-də veriləcək

15 May, 11:08 Sosial mediada paylaşın:
Avroliqanın  bərpası ilə bağlı yekun qərar mayın 25-də qəbul ediləcək.
Bu barədə Rusiyanın “RİA Novosti” agentliyi məlumat yayıb. Bundan əvvəl  qərarın mayın 24-də veriləcəyi bildirilmişdi.İndiki məqamda liqa rəhbərliyinin hansı addımı atacağı haqda konkret fikir deyilmir. Qurumun prezidenti Jordi Bartomeu mətbuata açıqlamasında çempionatı bərpa etmək istədiklərini söyləsə də, müxtəlif klubların rəsmiləri yarışın  mümkün olacağına inanmır.
Turnirin bərpa olunacağı halda isə oyunların iyulun 4-dən 26-na qədər bir şəhərdə keçiriləcəyi ilə bağlı ehtimallar olunur.

CANLI YAYIM