Olimpiadanın təsnifat turnirinin tarixi açıqlanıb

15 May, 11:03 Sosial mediada paylaşın:
FİBA basketbol üzrə olimpiya təsnifat turnirinin tarixini açıqlayıb.
Tokio Yay Olimpiadasına lisenziya xarakterli yarış gələn il iyunun 29-dan iyulun 4-nə qədər keçiriləcək. Oyunlar Kanada, Xorvatiya, Litva və Serbiyada təşkil olunacaq. Qələbə uğrunda ümumən 24 ölkənin milli komandası mübarizə aparacaq.
Xatırladaq ki, təsnifat mərhələsinin püşkatma mərasimi 2019-cu ilin noyabrında keçirilmişdi. Artıq Olimpiadaya meydan sahibi Yaponiya seçməsi ilə yanaşı Argentina, Avstraliya, İspaniya, Fransa, İran, Nigeriya və ABŞ basketbolçuları vəsiqə qazanıb.

CANLI YAYIM