MBA-da mövsümün ləğvi istisna olunmur

14 May, 10:55 Sosial mediada paylaşın:
MBA-da yeni mövsümün startı ilə bağlı mülahizələr yürüdüldüyü məqamda təşkilatın rəhbərliyi yaxın günlərdə məsələyə aydınlıq gətirəcək. Amerika mətbuatının yazdığına görə, çempionatın taleyi ilə bağlı yekun qərar qarşıdakı bir ay ərzində qəbul ediləcək.
Pandemiyaya görə Amerika peşəkar idman liqaları arasında ən böyük maddi zərərin MBA-ya dəyib. Buna görə də,yarımçıq qalan çempionatın taleyi ilə bağlı hansı qərarın qəbul ediləcəyi maraqla gözlənilir. İndiki məqamda ilk növbədə insanların sağlamlığını fikirləşməyə məcbur olan liqa rəhbərliyi klubların maddi itkisinə qatlaşmalı olur. Məsələ ondadır ki, liqada bircə oyunçunun virusa yoluxması da ağır fəsadlara yol aça bilər. Amma klubları və basketbol azarkeşlərini intizarda saxlamaq da məqsədəuyğun sayılmır. Qeyri-müəyyənlik şəraitində çıxış yolunu axtarmaq uğurlu strategiya sayıla bilməz. İndiki məqamda liqa rəhbərliyi konkret qərar verməyə məcburdur. Amerika mətbuatı yazır ki, yaxın 4 həftə ərzində MBA komissarı Adam Silver mövsümün bəpra edilib-edilməyəcəyi haqda liqanın konkret qərarını açıqlayacaq. Böyük ehtimalla mövsüm ləğv ediləcək.
Yeri gəlmişkən, ESPN teleşirkətinə açıqlama verən Adam Silver bu ehtimalın doğruluğuna eyham vurub. O, MBA-da bundan sonra hətta bir oyunçunun koronavirusa yoluxacağı halda mövsümü bərpa etməyin mənasız olduğunu söyləyib. Silverin sözlərindən belə başa düşmək olar ki, mövsüm bərpa edilməzdən əvvəl bütün klubların üzvləri koronavirus testindən keçəcək. Onlardan elə birində virus aşkarlansa mövsüm ləğv ediləcək.

CANLI YAYIM