Lyublyana Avroliqanın final mərhələsinə ev sahibliyi etmək istəyir

13 May, 11:31 Sosial mediada paylaşın:
Əgər mövsüm bərpa edilsə, Sloveniyanın paytaxtı Lyublyana  Avroliqanın final mərhələsinə ev sahibliyi etmək istəyir.
Bu barədə ölkə mətbuatı məlumat yayıb.  “Dnevnik” qəzetinin verdiyi xəbərə görə, hətta Sloveniya hökuməti məsələ ilə  əlaqədar kampaniya təşkil etmək niyyətindədir.
Xatırladaq ki,  Serbiya da turnirin final mərhələsini Belqradda keçirməyə hazır olduğunu bildirib.Bununla bağlı hətta ölkənin prezidenti Aleksandr Vuçiç də çıxış edib. Avroliqa rəhbərliyi isə Afina və Kaunas variantlarını müzakirə edir.

CANLI YAYIM