Lendl Federeri tarixin ən yaxşı tennisçisi sayır

12 May, 11:49 Sosial mediada paylaşın:
Amerikanın çex əsilli məşhur raketka ustası İvan Lendl tarixin ən yaxşı tennisçisini müəyyələnşdirməyə çalışıb.
1980-ci illərdə ATP reytinqinin liderinin fikrincə, hələ də Rocer Federeri zirvədən sıxışdıran yoxdur: “Bu statusa yiyələnmək üçün Novak Cokoviç, Rafael Nadal və Rocer Federer yarışır. Onlardan “Böyük Dəbilqə” seriyasında hansı daha çox qalib gəlsə, o da tarixin ən yaxşı tennisçisi adlanacaq. Hələ ki, mübarizə davam edir və Federeri taxtdan salan tapılmayıb. Onların 3-ü də karyerasını bitirdikdən sonra konkret fikir bildirmək mümkün olacaq. Amma bir məqamı da unutmayaq: tarixin ən populyar tennisçisi ilə ən güclü tennisçisi anlayışlarını qarışdırmaq olmaz!”

CANLI YAYIM