Berrettini Cokoviçin ideyasını dəstəkləmir

12 May, 11:45 Sosial mediada paylaşın:
ATP reytinqində 8-ci pillədə qərarlaşan Matteo Berrettini Novak Cokoviçin tennisçilərə yardım aksiyasına qoşulmayacağını bildirib.
İtaliyalı raketka ustası indiki məqamda buna ehtiyac duyulmadığını söyləyib. Mətbuata açıqlama verən Berretini həmkarlarına kömək edənə qədər xəstəxanalara və yoxsul ailələrə yardım əlini uzatmağa hazır olduğunu deyib.
Qeyd edək ki, Berrettini karantin dövründə yüksək reytinqlilər arasında turnirə qatılan ilk tennisçi  kimi diqqət mərkəzinə düşüb. Bu günlərdə o, Almaniyada keçirilən şou xarakterli yarışda  qüvvəsini sınayıb.

CANLI YAYIM