Nadal hələ 3-4 il də korta çıxacaq

12 May, 11:42 Sosial mediada paylaşın:
Toni Nadal Rafael Nadalın gələcək karyerası ilə bağlı rəyini bildirib.
Onun fikrincə, ispaniyalı raketka ustası kortlarda hələ 3-4 mövsüm görünəcək: “Biz hələ qarşıdakı 3-4 ildə də Rafanın oyunlarını izləyəcəyik. Ən azı zədələr imkan verəcəyi müddətdə qardaşım oğlu yarış meydanına çıxa biləcək. Amma hər şey onun istəyindən asılı olacaq. Nadal qələbələrini sıralaya bilməsə raketkanı bir kənara qoyacaq. O, korta yalnız oynamaq xatirinə çıxmır”.
Xatırladaq ki, Toni hazırda Rafaelin Malyorkada təsis etdiyi akademiyanın məşqçilərindən biridir.
 

CANLI YAYIM