Formula 1 komandalarının büdcəsi azaldılacaq

5 May, 10:46 Sosial mediada paylaşın:
Pandemiya Formula 1 komandalarının büdcəsinə  mənfi təsir göstərir.Mövsümü  hələ də başlamaq mümkün olmadığından  komandaların qazanc imkanları tamamilə  məhdudlaşıb. Təbii ki, bütün bunlar  avtoidman şirkətlərinin xərcləri azaltmasına səbəb olacaq.
Bəli, artıq gələn  ildən Formula 1  komandalarının  büdcələrinin həcminin azaldılacağı dəqiqləşib. Bu barədə turnuirin   idman direktoru Ross Braun məlumat verib. O deyib ki, bu günə qədər büdcəni 175 milyon dollara qədər yüksəltsələr də,  amma mövcud vəziyyətə görə müəyyən ixtisarlara getməli olacaqlar. Braun bildirib ki, böhranla əlaqədar büdcənin həcmi 145 milyon dollara qədər endiriləcək və  yaxın günlərdə komandalara  məsələnin xırdalıqları ilə bağlı məlumat veriləcək. Formula 1-in idman direktorunun fikrincə, məhz belə olan halda, komandalar arasında uçurum yaranmayacaq və azarkeşlər çempionluq uğrunda daha gərgin mübarizə  izləyəcəklər. Ross Braun  indiki şəraitdə maliyyə sabitliyinin ən vacib məqam olduğunu söyləyib. O  əlavə edib ki, kiçik büdcəli komandalara daha çox mükafat verilsə, Formula 1-in gələcəyini xilas etmək mümkündür.
 

CANLI YAYIM