Pulev qonorarının yarısını həkimlərə bağışlayacaq

6 Aprel, 12:45 Sosial mediada paylaşın:
Kubrat Pulev Entoni Coşua ilə döyüşdə əldə edəcəyi qonorarın yarısını koronavirusla mübarizə aparan həkimlərə bağışlayacaq.
Doğrudur, iyunun 20-də Londonda keçirilməli olan bu görüş qeyri-müəyyən müddətə təxirə salınıb. Amma onun baş tutacağı halda bolqar boksçu vədinə əməl edəcəyini söyləyib.O, indiki məqamda həkimlərin qəhrəmanlığını qiymətləndirməli olduqlarını bildirib.Xatırladaq ki, Pulev superağır çəkidə İBF çempionu adına rəsmi namizəddir. Bu titulu o, əvvəlki mövsümlərdə də qazana bilərdi. Amma bolqar boksçu 2014-cü ildə Vladimir Kliçkoya məğlub olmuşdu.
Britaniyalı Entoni Coşua isə dekabr ayında Endi Ruisi məğlub etdikdən sonra ilk dəfə kəmərini qorumaq üçün rinqə çıxacaq.  

CANLI YAYIM