Tokiodakı Olimpiya şəhərciyi xəstəxanaya çevrilə bilər

4 Aprel, 13:48 Sosial mediada paylaşın:
Tokioda olimpiya şəhərciyi koronavirusdan əziyyət çəkən xəstələr üçün ayrıla bilər.
Bu fikri “Associated Press” agentliyinə müsahibəsində Tokio qubernatoru Yuriko Koike söyləyib. Qeyd edək ki, olimpiya şəhərciyində yerləşən 24 mərtəbəli binada 11 min idmançı məskunlaşmalı idi. Yaponiya höküməti isə indi həmin binadan xəstəxana kimi istifadə etmək istəyir.
Xatırladaq ki, iyulun 24-də başlanmalı olan Tokio olimpiadası koronavirus pandemiyasına görə 2021-ci ilə keçirilib.

CANLI YAYIM