Coşua ilə Pulev arasında döyüş ikinci dəfə təxirə salınıb

4 Aprel, 13:30 Sosial mediada paylaşın:
Entoni Coşua ilə Kubrat Pulev arasındakı döyüş təxirə salınıb.
Bu barədə “Matchroom Boxing” promouter şirkətixəbər yayıb. Qeyd edək ki, görüş iyunun 20-də Londonun “Tottenhem” stadionunda olmalı idi. Amma tərəflər vəziyyətin yaxşılaçacağına nə qədər ümid bəsləsələr də, koronavirusun Britaniyada sürətlə yayılması onların planlarını pozub. İndiki məqamda təşkilatçılar döyüşün baş tutacağı tarixi müəyyənləşdirməyə çalışırlar. Bunun üçün isə stadion rəhbərliyi ilə yenidən razılığa gəlmək lazımdır. Çünki növbəti aylarda “Tottenhem” klubunun oyunları keçirilsə stadion boş olmayacaq.
Xatırladaq ki, Coşua ilə Pulev 2018-ci ildə də görüşməli idi. Amma o vaxt bolqar boksçu zədələndiyindən döyüş təxirə salınmışdı.

CANLI YAYIM