Vilnöv Formula 1-də mövsümün ləğvini təklif edir

4 Aprel, 13:17 Sosial mediada paylaşın:
Jak Vilnöv Formula 1 rəhbərliyini indiki çempionatı bütünlüklə ləğv etməyə səsləyib.
1997-ci ildə dünya çempionu olan sabiq pilot bunun əvəzinə yeni format təklif edib: “Hətta bütün ölkələr sərhədlərini açsa belə, pandemiyadan sonra yarışları təşkil etmək üçün müəyyən vaxt lazım olacaq. İlk Qran-prini yüksək səviyyədə təşkil etmək üçün sentyabr ayını gözləməliyik. Mən yaxşı bilirəm ki, müqavilələrin tələblərinə riayət etmək üçün komandaların rəhbərləri mümkün qədər çox yarış keçirmək istəyəcək. Amma bu yanlış addım olacaq. Çempionat keçirmək xatirinə yarışlara sentyabrdan start verib onları Milad bayramında başa vurmaq düzgün deyil. Vəziyyətdən çıxış yolunu necə tapmaq olar? Düşünürəm ki, çempionatı təşkil etməmək şərti ilə ayrı-ayrı Qran-prilər keçirmək lazımdır. Bu bir növ “Böyük Dəbilqə” seriyasının turnirləri kimi olmalıdır. Məsələn, avtoidman yarışlarında “İndikar 500” və ya “Le Manın 24 saatı”. Bu yarışlar komandalara 2021-ci il mövsümünə yaxşı hazırlaşmağa imkan verəcək”.

CANLI YAYIM