Avroliqa rəhbərliyi variantlar haqda fikirləşir

3 Aprel, 13:23 Sosial mediada paylaşın:
Basketbol üzrə Avroliqa turnirinin bərpası üçün bir neçə variant müzakirə olunur.
Liqanın icraçı direktoru Valter Skott İspaniyanın “El Pais” nəşrinə müsahibəsində bu variantları ictimaiyyətə açıqlayıb. Onun sözlərinə görə, hazırda Avroliqa rəhbərliyinin “A” planı pandemiyadan sonra mövsümü adi qaydada davam etdirib başa vurmaqdır. Əslində ikinci variant da buna bənzəyir. Sadəcə belə vəziyyətdə komandalar nisbətən sıx qrafiklə oynayacaqlar. 3-cü varianta əsasən komandalar qalan oyunları bir və ya iki şəhərdə keçirməlidir. Bu şəhərlər isə Afina, Moskva və İstanbul ola bilər.
İndiki məqamda liqa rəhbərliyi mövsümün nəticələrinin ləğvibarədə qətiyyən fikirləşmir.

CANLI YAYIM