Lippi A Seriyasında mövsümün bərpa olunmasını istəyir

31 Mart, 13:43 Sosial mediada paylaşın:
İtaliya millisinin sabiq baş məşqçisi Marçelo Lippi “A” Seriyasında mövsümün bərpasının zəruriliyindən danışıb.
“Skuadra adzurra”ya 2006-cı ildə dünya çempionluğu qazandıran təcrübəli məşqçi ölkə mətbuatına müsahibəsində bildirib: “Fikrimcə, İtaliyada mövsüm sona qədər oynanılmalıdır. Ümumiyyətlə, bu söz bütün çempionatlara aiddir. Baş tutacağı halda, yarışın avqusta və ya sentyabra qədər davam edəcəyi bilinmir.Lazım gəlsə, növbəti mövsümün təqvimini bir qədər sıxmaq da olar. Bilirəm ki, azarkeşlərsiz futbol da futbol deyil. Amma stadiona gəlmək onların sağlamlığına təhlükə yaratsa, çempionat telekanallar vasitəsi ilə pulsuz yayımlana bilər”

CANLI YAYIM