"Real" Kazemironun əvəzedicisini tapıb

31 Mart, 13:39 Sosial mediada paylaşın:
“Renn”in yarımmüdafiəçisi Eduardo Kamavinqa karyerasını “Real”da davam etdirə bilər.
İspaniyanın nüfuzlu “Marca” nəşri yazır ki, 17 yaşlı futbolçu Madrid komandasına keçmək istəyir. Son vaxtlar bu futbolçunu yaxından izləyən kral klubunun rəhbərliyi də artıq Kamavinqanın agenti ilə görüşüb. Deyilənə görə, madridlilər Kamavinqaya Kazemironun əvəzedicisi kimi baxır. Onunla “Barselona”nın da maraqlandığı haqda xəbər yayılsa da, hazırda katalonların maliyyə böhranı ilə üzləşməsi bu keçidi mümkünsüz edir.
Kamavinqanın transferinin 50-60 milyon avro olması ilə bağlı məlumatlar dolaşır.

CANLI YAYIM