"Real Sosyedad"ın sabiq baş məşqçisi Qrizmanna görə narahatdır

31 Mart, 13:32 Sosial mediada paylaşın:
“Real Sosyedad”ın sabiq baş məşqçisi Martin Lasarte Antuan Qrizmannın “Barselona”da xoşbəxt olmadığını söyləyib.
O, katalonların düşdüyü vəziyyətin fransalı forvardın çıxışına təsir göstərməsindən danışarkən deyib: “Qrizmann “Barselona”da vəziyyətin güdazına gedir. O, özü də bunu hiss edir, ona görə də məyusdur. Qrizmannı tanıyanlar yaxşı bilir ki, o, əhval-ruhiyyə oyunçusudur. Onun oyunu ovqatından asılıdır. İndi isə Antuan özünü yaxşı hiss etmir. Bir sözlə, o, “Barselona”da xoşbəxt deyil. “Barsa” isə Suaresin yoxluğundan əziyyət çəkir. Bütün məsuliyyət Messinin üzərinə düşüb. Messiyə aid olmayan işləri isə Qrizmann görməlidir. Hiss olunur ki, fransalı futbolçu yaranan bu vəziyyətə görə özünü narahat hiss edir. Yeni komandaya uyğunlaşması üçün ona vaxt lazımdır. Bunun da xeyri olmasa, Antuan klubunu dəyişməlidir”.
Xatırladaq ki, Qrizmann “Real Sosyedad”da 2009-cu ildə məhz Martin Lasartenin başçılığı altında debüt etmişdi.

CANLI YAYIM