Bu il "Vimbldon" turniri keçirilməyə bilər

30 Mart, 13:23 Sosial mediada paylaşın:
Yaxın günlərdə bu mövsüm keçiriləsi “Vimbldon” tennis turniri ləğv ediləcək.
Bu barədə Böyük Britaniyanın nüfuzlu “Daily Mail” nəşri məlumat yayıb. Mənbənin yazdığına görə, yarışın təşkilat komitəsi iclas keçirərək belə bir qərar qəbul edəcək. Xatırladaq ki, “Böyük Dəbilqə” seriyasının bu yarışıİngiltərədə sonuncu dəfəuzaq 1945-ci ildə baş tutmamışdı.
Maraqlıdır ki, “Vimbldon”un təşkilat komitəsi bir neçə il əvvəl turniri hər hansı pandemiyadan sığortalamaq məqsədilə sığorta şirkətlərindən biri ilə müqavilə bağlayıb. Risk etmək istəməyən britaniyalılar belə bir tədbirli hərəkət sayəsində özgəlirlərindən məhrum olmayacaqlar.

CANLI YAYIM