"Ferrari" Fettelə daha az məvacibli yeni müqavilə təklif edir

28 Mart, 12:45 Sosial mediada paylaşın:
“Ferrari” rəhbərliyi Sebastyan Fettelin məvacibini kəsmək istəyir.
İtaliya mətbuatının məlumatına görə, hazırda ilinə 33 milyon avro maaş alan almaniyalı pilotaskuderiyalılar yeni şərtlərə əsasən daha az məvacib təklif edib. Əslində, “Ferrari”nin ona daha az məbləğ təklif etməsini normal qarşılamaq lazımdır. Tərəflər 3 il bundan əvvəl 100 milyon avroluq müqavilə imzalayanda Sebastyan “Ferrari”nin lideri idi. İndiki məqamda isə Fettel komanda yoldaşı Şarl Leklerdən geri qalır.
Xatırladaq ki, almaniyalı pilot 2015-ci ildən “qırmızılar”ın bolidini idarə edir. O, ötən mövsümü 5-ci pillədə baş vurub.

CANLI YAYIM