"Bavariya" Alaba - Sane dəyişikliyi haqda fikirləşmir

28 Mart, 12:30 Sosial mediada paylaşın:
Karl-Haynts Rummenigge David Alabanı Leroy Saneyə dəyişmək istəkləri ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
“Bavariya”nın idarə heyətinin rəhbəri belə bir variantın müzakirə olunmadığını söyləyib: “Eşitdiyimə görə, guya biz Leroy Saneni transfer etmək üçün“Mançester Siti”yə David Alabanı təklif etmişik. Bu məsələ haqda mən yalnız belə deyə bilərəm: bu, Qrimm qardaşlarının nağılıdır. Belə çayiələr həqiqəti əks etdirmir”.
Xatırladaq ki, “Bavariya” uzun müddət Saneni transfer etməyə çalışsa da, “Mançester Siti” ilə razılığa gələ bilmir. Bu günlərdə isə mətbuat məhz Alabanın müqabilində bu transferin reallaşacağını yazmışdı. Alabaya gəlincə, onun “Real” və ya “Barselona”ya keçə biləcəyi ilə bağlı şayiələr də dolaşır.

CANLI YAYIM