Luis Enrike "Barsa"ya qayıtmağa hazırdır

28 Mart, 12:25 Sosial mediada paylaşın:
Luis Enrike “Barselona”ya qayıtmağa hazır olduğunu bildirib.
İspaniya millisinin baş məşqçisi mətbuata açıqlamasında bu variantı istisna etməyib: “Fikrmicə, işlədiyim hər bir yerdə yenidən fəaliyyət göstərə bilərəm. Mən bütün qapıları açıq qoymuşam. “Barselona”da əla günlərim olub və həmişə də buna görə kluba minnətdar olacağam. Bu komanda mənə çox şey bəxş edib”.
Xatırladaq ki, Enrike 2014-17-ci illərdə Kataloniya futbolçularının baş məşqçisi olub. Onun rəhbərliyilə klub bir dəfə Çempionlar Liqasında, 2 dəfə La Liqada, 3 dəfə isə İspaniya kubokunda qələbə qazanıb.

CANLI YAYIM