Qober və Mitçell koronavirusa qalib gəlib

28 Mart, 12:21 Sosial mediada paylaşın:
“Yuta Caz” klubunun basketbolçuları Rudi Qober və Donovan Mitçell koronavirusa qalib gəlib.
Bu barədə Amerika mətbuatı məlumat yayıb. Beləliklə, “Detroyt”un mərkəz oyunçusu Kristan Vudsla birlikdə adı çəkilən basketbolçular Amerikada bu təhlükəli xəstəlikdən sağalan ilk idmançılar kimi tarixə düşüb.
Xatırladaq ki, Qober MBA-da koronavirusa yoluxan ilk basketbolçu idi. Məhz onun xəstələnməsindən sonra liqa rəhbərliyi çempionatı dayandırmağı qərara almışdı. Qoberin ardınca onun komanda yoldaşı Donovan Mitçell də eyni problemlə üzləşmişdi. İndiki məqamda “Bruklin”, “Boston”, “Filadelfiya” və “Denver”in bəzi oyunçuları koronavirusdan müalicə olunur.

CANLI YAYIM