Draft onlayn qaydada həyata keçiriləcək

27 Mart, 12:47 Sosial mediada paylaşın:
Qadınlar arasında MBA draftı onlayn şəklində keçiriləcək.
Təşkilatın  rəhbərliyi aprelin 17-nə palanlaşdırılan bu mərasimi ləğv etmək əvəzinə belə bir unikal üsula əl atıb. Liqaya düşmək istəyən qadın basketbolçular öz  evlərində  onlayn rejimdə  mərasimə qoşulacaq və hansı komandaya draft olacaqlarını biləcəklər. Tədbir  ESPN2 kanalı  ilə Amerika Birləşmiş Ştatlarında canlı yayımlanacaq. 
Mərasimdə həmçinin yanvar ayında helikopter qəzasında həlak olan Kobi Brayant, Canna Brayant, Alisa Altobelli və Peyton Çesterin xatirəsi  yad ediləcək.

CANLI YAYIM