MotoGP-də Xeres Qran-prisi də təxirə salındı

27 Mart, 12:26 Sosial mediada paylaşın:
Koronavirusa görə “MotoGP” yarışlarında ardıcıl 5-ci Qran-pri təxirə salınıb.
Bu barədə qurumun mətbuat katibliyi məlumat yayıb. Təqvimə əsasən mayın 1-dən 3-dək İspaniyanın Xeres şəhərində keçirləsi Qran-pri planlaşdırılan vaxtda baş tutmayacaq. Növbəti Qran-prilər haqda məlumatictimaiyyətə tədricən açıqlanacaq. Xatırladaq ki, buna qədər pandemiya Qətər, Tailand, Argentina və ABŞ Qran-prilərinin də təxirə salınmasına səbəb olmuşdu.

CANLI YAYIM