Əl Şaaravi İtaliyaya qayıtmaq istəyir

27 Mart, 12:11 Sosial mediada paylaşın:
“Şanxay Şenxua”nın hücumçusu Stefan Əl-Şaaravi yenidən İtaliyaya qayıtmaq niyyətindədir.
İtalyan jurnalist Nikola Skiranın əldə etdiyi məlumata görə, pandemiyanın Çindən qaynaqlanmasından ehtiyat edən və vətənindən ayrı düşmək istəməyən 27 yaşlı hücumçu “A” Seriyası klublarından birinə keçmək istəyir. İndiki məqamda  onunla “Roma” və “Fiorentina” maraqlanır. Mənbə yazır ki,  Əl-Şaaravi “Şanxay Şenxua”da qazandığı məvaciblə müqayisədə daha az maaşa İtaliyada  oynamağa razıdır.
Nəzərinizə çatdıraq ki,  Stefan Çin klubunda ilə 16 milyon avro qazanır.

CANLI YAYIM