Qabriel Jezus "Yuventus"a keçə bilər

27 Mart, 12:04 Sosial mediada paylaşın:
“Mançester Siti”nin hücumçusu Qabriel Jezus “Yuventus”a keçə bilər.
Son günlər İtaliya və İngiltərə mətbuatında müzakirə olunan bu xəbəri braziliyalı futbolçunun agenti Covanni Brançini də təsdiqləyib. Amma onun fikrincə, koronavirusla əlaqədar yaranan maddi problemlər böyük keçidlərə çətinlik yaradacaq. Buna rəğmən, oyunçulara tələbatın azalmasının da öz üstünlükləri olacaq. Belə vəziyyətdə müəyyən komandaların reallaşdıra bilməyəcəyi transferlərinəhəng klublar həyata keçirə biləcək.
Xatırladaq ki, Jezus bu mövsüm premyer liqada 24 oyunda 10 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib.

CANLI YAYIM