Fazel MXL-in mövsümü tamamlayacağına inanmır

26 Mart, 14:51 Sosial mediada paylaşın:
Rene Fazel Kontinental Xokkey Liqasının mövsümü birdəfəlik başa vurmaq qərarını alqışlayıb.
Beynəlxalq Xokkey Federasiyasının prezidenti dolayı yolla MXL-i də belə bir addım atmağa səsləyib: “KXL doğru qərar qəbul edib. Belə məqamda mövsümü tam yekunlaşdırmaq lazım idi. Hazırda başa çatmayan yeganə yarış MXL-dir. Mən onların mövsümü tamamlayacağına şübhə ilə yanaşıram. Siz sonrakı illərdə də çıxış etmək istəyirsinizsə, indiki yarışı artıq ləğv etməlisiniz. Beləbir məqamda KXL çox doğru və cəsarətli addım atdı”.

CANLI YAYIM