"Napoli" Milikin satışından 50 milyon avro qazanmaq istəyir

26 Mart, 14:41 Sosial mediada paylaşın:
“Napoli” Arkadiuş Miliki transferə çıxarmağa hazırdır.
İtaliya mətbuatı yazır ki, 26 yaşlı hücumçu və klub rəhbərliyi yeni müqavilə ilə bağlı razılığa gələ bilməyiblər.Ona görə də italiyanlar futbolçunun transferinin satışından gəlir əldə etmək istəyir. Əks halda, Milik 2021-ci ildə azad agent statusu ilə sərbəst şəkildə klubu tərk edəcək. Belə məqamda, “Napoli” Milikin transferindən 50 milyon avro qazanmaq istəyir.
Polşalı hücumçu ilə “İnter” və “Milan” komandalarının maraqlanması ilə bağlı xəbərlər dolaşır.