Artıq koronavirusa yoluxan tennisçi də var

26 Mart, 14:28 Sosial mediada paylaşın:
Tyaqo Seybot Uayld koronavirusa yoluxan ilk tennisçi olub.
Braziliyalı raketka ustası “Twitter” səhifəsində yazıb: “Son bir neçə gün özümü cəmiyyətdən təcrid etmişdim. Həkim məsləhəti ilə yaşayırdım. Bir sözlə özümü qorumağa çalıçırdım. İndi üzümü insanlara tutub demək istəyirəm ki, qətiyyən evinizi tərk etməyin və öz yaxınlarınızı düşünün. Məhz belə etsəniz, biz virusa qalib gələ bilərik”.
Xatırladaq ki, 20 yaşlı tennisçi fevral ayında Çilinin paytaxtı Santyaqoda keçirilən turnirdə qalib gələrək karyerasında ilk titulunu qazanmışdı.
 

CANLI YAYIM