Noyer məvaciblərinin azaldılmasına razıdır

26 Mart, 14:06 Sosial mediada paylaşın:
Manuel Noyer futbolçuların məvaciblərinin azaldılmalı olduğunu söyləyib.
“Bavariya”nın qapıçısı İspaniyanın nüfuzlu “Marca” nəşrinə açıqlamasında, ümumiyyətlə, futbolçuların çox maaş almasını qabardıb: “Bizim peşəmiz çox şişirdilib. Mənə elə gəlir ki, futbolçuların məvacibi azaldılmaldır. Biz buna razılıq verməliyik. Hər halda, indiki məqamda bu labüd prosesə çevrilib. “Bavariya”nın 1000-ə yaxın əməkdaşı var. Onlar da klubda vacib işlər görür. Buna razılaşmaqla biz onlara kömək etməliyik”.
Xatırladaq ki, “Bavariya” rəhbərliyi futbolçularla məvaciblərinin 20 faiz kəsilməsi ilə bağlı razılığa gəlib. Bu proses çempionat bərpa olunana qədər davam edəcək.