Parker Avroliqada nəticələrin ləğvini tələb edir

25 Mart, 13:21 Sosial mediada paylaşın:
“San Antonio” klubunun sabiq basketbolçusu, hazırda isə “Villerban” klubunun sahibi Toni Parker Avroliqada nəticələrin ləğv olunmasını tələb edib.
Onun fikrincə liqa rəhbərliyi azarkeşləri yalan vədlərlə aldadır: “İndiki məqamda ən doğru qərar yarışı ləğv etmək olardı. Yalnız bu halda biz növbəti mövsümə normal hazırlaşa bilərik. Hansısa komandanı çempion elan etməyin mənası yoxdur.Koronavirus hər bir klubu maliyyə itkilərinə məruz qoyacaq. Avroliqanın işi daha çətin olacaq. Çünki pandemiyaya görə ayrı-ayrı ölkələrdə vəziyyət fərqlidir”.

CANLI YAYIM