Ferstappen koronavirusa yoluxmaqdan qorxur

24 Mart, 15:29 Sosial mediada paylaşın:
Maks Ferstappen koronavirusa yoluxmaqdan qorxur.
Bu fikri mətbuata açıqlamasında “Red Bull”un baş məsləhətçisi Helmut Marko söyləyib. O, özünün də bu virusa yoluxmaq ehtimalından danışıb: “Maksla artıq söhbət etmişəm. O mənə infeksiyadan dəhşətli dərəcədə qorxduğunu söyləyib. Maksa deyirəm ki, virusa yoluxmaq ehtimalın varsa, onu indidən qəbul elə. 22 yaşın var və bu xəstəlik sənə heç bir zərər vura bilməz. Özümə gəlincə, mən Dubay hava limanında öskürən insanların ətrafında bu virusa yoluxmadımsa, deməli bundan sonra da mənə heç nə olan deyil. Hər gün səhər ofisdə işləyirəm, daha sonra meşəyə odun qırmağa gedirəm. Əla formadayam. Bizim səhiyyə sistemimizə də söz ola bilməz”.