Moratti yenidən klub sahibi ola bilər

24 Mart, 15:13 Sosial mediada paylaşın:
“İnter”in sabiq sahibi Massimo Moratti B seriyasında çıxış edən “Kremoneze”nin səhmlər paketini ala bilər.
Bu barədə İtaliyanın nüfuzlu “Korriere dello Sport” nəşri məlumat yayıb. Maraqlıdır ki, belə hallar İtaliyada artıq ənənəyə çevrilib. Belə ki, vaxtı ilə “Milan”ın sahibi olan Berluskoni ailəsi indi 3-cü divizionda çıxış edən “Montsa”ya rəhbərlik edir.Hazırda bu komanda C seriyasında liderdir. Morattinin yiyələnmək istədiyi “Kremoneze”yə gəlincə, bu klub B seriyasında 17-ci pillədə qərarlaşıb.

CANLI YAYIM