BOK rəsmisi Olimpiadanın təxirə salınacağını təsdiqləyib

24 Mart, 15:06 Sosial mediada paylaşın:
Tokio Olimpiadası planlaşdırılan tarixdə başlanmayacaq.
Beynəlxalq Olimpiya Komitəsi bu barədə rəsmi bəyanat yaymasa da, artıq vəziyyətin buna doğru getdiyi heç kimə sirr deyil. Belə ki, dünən komitənin üzvü Dik Paund Amerika mətbuatına açıqlama verərək yayılan şayiələri təsdiqləyib: “Artıq komitə Olimpiadanı başqa vaxta təyin etməyi planlaşdırır. Amma onun nə vaxt və necə həyata keçiriləcəyi haqda heç nə deyə bilmərəm. Bircə onu bilirəm ki, Tokio Olimpiadası iyulun 24-də başlanmayacaq”.
Xatırladaq ki, olimpiya təsnifat turnirləri də koronavirusa görə qeyri-müəyyən müddətə təxirə salınıb. Bu da Olimpiadanın vaxtının dəyişdirilməsini labüd edir. Srağagün isə Yaponiyanın baş naziri Sindzo Abe Tokio 2020-nin təxirə salınacağını istisna etməmişdi.

CANLI YAYIM