"Liverpul" Ximenesi heyətinə qatmağı planlaşdırır

23 Mart, 13:07 Sosial mediada paylaşın:
“Liverpul”“Atletiko”nun müdafiəçisi Xose Ximenesi heyətinə cəlb etmək istəyir.
İspaniyanın nüfuzlu “AS” nəşrinin məlumatına görə, mövsümün sonunda Deyan Lovrenin komandadan mümkün gedişini nəzərə alan Yürgen Klopp Madrid klubunda çıxış edən 25 yaşlı müdafiəçinin transferində israrlıdır. Qeyd edək ki, Ximenesin “Atletiko” ilə müqavilə müddəti 2023-cü ildə başa çatacaq. Onun təzminat haqqı isə 120 milyon avrodur. Bu mövsüm uruqvaylı müdafiəçi “Atletiko”da 11 oyun keçirib.
. Əlavə edək ki, “Leyptsiq”dən Dayo Upamekano və“İnter”dən Alessandro Bastoni kimi müdafiəçilər də mersisaydılıların maraq dairəsindədir.
 

CANLI YAYIM