"Çelsi" Koutinyonu transfer etmək istəyir

19 Mart, 15:42 Sosial mediada paylaşın:
“Çelsi” Filippe Koutinyonu transfer etməyə hazırlaşır.
İspaniya mətbuatı yazır ki, hazırda icarə əsasında “Bavariya”da çıxış edən braziliyalı yarımmüdafiəçi böyük ehtimalla yayda “Barselona”ya qayıdacaq. İndiki məqamda münhenlilər Koutinyo üçün tələb olunan 120 milyon avronu ödəməyə hazır deyil. “Barselona”ya qayıdacağı halda isə onun  transferi premyer liqa klublarından birinə satıla bilər. Bu baxımdan “Çelsi” katalonlara daha sərfəli  təkliflə müraciət etmək fikrindədir.
Xatırladaq ki, Koutinyo bu mövsüm bundesliqada keçirdiyi 22 oyunda 8 qol vurub və 6 məhsuldar ötürmə edib.

CANLI YAYIM