Formula 1-də yay tətilinin ləğv edilməsi gözlənilir

18 Mart, 15:07 Sosial mediada paylaşın:
Formula 1-də yeni mövsüm başlansa, yay tətili olmayacaq.
Xarici mətbuat yazır ki, komandalar tətili aprel ayına keçirmək haqda fikirləşir. Amma hələlik razılıq əldə olunmadığından bu variant sadəcə bir ideya olaraq qalır. Bunun üçün isə komandalar arasında fikir ayrılığı olmamalıdır. Xatırladaq ki, Formula 1-də yeni mövsümə ötən həftə Avstraliyada start verilməli idi. Amma təsnifat mərhələsinin başlamasına iki saat qalmış yarışın təxirə salınması ilə bağlı qərar qəbul olundu. Daha sonra Bəhreyn və Vyetnam Qran-priləri ləğv edildi.Çin Qran-prisinin keçirilməyəcəyi isə bütün bunlardan əvvəl məlum idi.
Əlavə edək ki, Niderland, İspaniya, Monako və Azərbaycan Qran-prilərinin taleyi də sual altındadır.