Beyl yayda "Real"dan ayrıla bilər

18 Mart, 14:04 Sosial mediada paylaşın:
Qaret Beyl yay “transfer pəncərəsi”ndə “Real”dan gedə bilər.
İspaniyanın “Marca” nəşri bildirir ki, kral klubu uelsli futbolçunu saxlamaq fikrində deyil. Mənbənin məlumatına görə, klub rəhbərliyi yüksək məvacib alan futbolçunu satmağın çətinliyini anlasa da hər halda müqaviləni pozmağa hazırdır.
Xatırladaq ki, Beylin “Real”la müqaviləsinin vaxtı 2022-ci ildə başa çatacaq. Hazırda o, klubda ilinə 17 milyon avro əməkhaqqı alır. La Liqanın indiki mövsümündə Qaret 14 oyunda yalnız 2 qol vurub və bir o qədər də məhsuldar ötürmə ilə fərqlənib.

CANLI YAYIM