Məhkəmə Ronaldinyoya görə 1,4 milyon dollardan imtina edib

17 Mart, 12:09 Sosial mediada paylaşın:
Paraqvay məhkəməsi Ronaldinyonu 1,4 milyon dollar müqabilində zaminə buraxmağa razı olmayıb.
Braziliya mətbuatı yazır ki, futbolçuya yaxın adamlar bu istəklə məhkəməyə müraciət etsə də, onların təklifi rədd edilib. Maraqlıdır ki, bundan əvvəl Ronaldinyonun ev dustağı kimi saxlanması üçün məhkəməyə 700 min dollar ödəniş barədə xahişinə də mənfi cavab verilmişdi.
Xatırladaq ki, Ronaldinyo və qardaşı martın əvvəlində Paraqvayın paytaxtı Assunsyon hava limanında saxta sənəd təqdim etdiklərinə görə həbs olunublar.

CANLI YAYIM