Sabah Tokio 2020 ilə bağlı qərar qəbul ediləcək

16 Mart, 13:00 Sosial mediada paylaşın:
Martın 17-də Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax beynəlxalq idman federasiyalarının rəhbərlərilə videobağlantı yaradacaq.
Bu barədə France Press agentliyi məlumat yayıb. Bu tədbirdə müzakirələrdən sonra BOK Tokio olimpiadasının keçirilib-keçirilməyəcəyi ilə bağlı qərar qəbul edəcək. Koronavirus pandemiyasının bütün dünyanı bürüməsinə baxmayaraq, Yaponiya hakimiyyəti 32-ci Yay Olimpiya Oyunlarını təşkil etməyə hazır olduğunu bildirir.
BOK-un prezidenti Tomas Bax isə bu günlərdə mətbuata açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının məsləhətlərinə əməl edəcəklərini bildirib və olimpiadanı təxirə salacaqlarını istisna etməyib.

CANLI YAYIM