"River Pleyt" stadionun qapısını rəqibin üzünə bağlayıb

16 Mart, 12:02 Sosial mediada paylaşın:
Argentinanın “River Pleyt” komandası koronavirusa görə fəaliyyətini müvəqqəti dayandırıb. 
Bu barədə klubun rəsmi portalı məlumat yayıb. “River Pleyt”  Argentina Superliqa kubokunda “Atletiko Tukuman”la oyuna çıxmaqdan da imtina edib. Buenos-Ayres klubunun bu qərarı Argentina Futbol Federasiyası tərəfindən hiddətlə qarşılanıb. Artıq kluba qarşı  federasiyanın sanksiyalarının tətbiq olunacağı gözlənilir.
Maraqlıdır ki, “Atletiko Tukuman” Superliqa kubokunun  matçı üçün paytaxta gəlsə də, “River Pleyt”in “El Monumental” stadionun qapıları bağlı olub.