MBA klubları 500 milyon dollar itirə bilər

14 Mart, 13:30 Sosial mediada paylaşın:
MBA-da mövsüm bərpa olunmasa, klublar külli miqdarda ziyana düşəcək.
Amerikalı iqtisadçıların hesablamasına görə, komandalar təkcə bilet satışından 500 milyon dollar itirəcək. Hazırda liqa rəhbərliyi çempionatı aprelin sonuna qədər dayandırsa da, onun ümumiyyətlə, davam etdirilib-etdirilməyəcəyi bilinmir. Məsələ bundadır ki, Amerikada koronavirus sürətlə yayılmaqdadır. Liqa rəhbərliyi isə belə bir vəziyyətdə yarışı bərpa etmək fikrində deyil.
Xatırladaq ki, 2 gün əvvəl “Yuta Caz”ın basketbolçusu Rudi Qoberin xəstəliyə tutulması aşkarlandıqdan sonra MBA rəhbərliyi dərhal çempionatı dayandırmağı qərara alıb. Qoberdən sonra “Yuta”nın digər üzvü Donovan Mitçellin də virusa yoluxduğu məlum olub.

CANLI YAYIM