Koronavirus azarkeşləri tennissiz qoydu

13 Mart, 17:13 Sosial mediada paylaşın:
ATP  6 həftə ərzində  heç bir yarış keçirməyəcəyini elan edib.
Bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Beləliklə, qarşıdakı ayyarımda  keçiriləsi  Hyuston, Budapeşt, Mərakeş, Barselona və Monte-Karlo turnirləri  ləğv edilib.  Bu,  Çellenc yarışlarına da aiddir.  Qeyd edək ki,  ATP-nin müvafiq qərarına qədər   Mayamidə  Masters seriyalı  turnir də ləğv olunmuşdu. Amma həmin yarışın  keçirlməsinə ATP yox, Mayami şəhər meriyası  icazə verməmişdi.
Xatırladaq ki, bundan əvvəl  İndian-Vellsdəki mötəbər  turnirin keçirlməyəcəyi  ilə də bağlı qərar çıxarılmışdı.

CANLI YAYIM