Donovan Mitçell də koronavirusa yoluxub

13 Mart, 16:07 Sosial mediada paylaşın:
“Yuta Caz”ın daha bir basketbolçusunda koronavirus aşkarlanıb.
“Cazmenlər”in fransalı oyunşusu Rudi Qober bu xəstəliyə yoluxandan sonra klubun hər bir işçisi koronavirus testindən keçib. 58 nəfər arasında aparılan yoxlamalar nəticəsində komandanın müdafiəçisi Donovan Mitçellin də koronavirus daşıyıcısı olduğu bilinib.
Xatırladaq ki, məhz Qoberin COVİD 19-a yoluxmasından sonra MBA rəhbərliyi mövsümü dayandırmışdı.

CANLI YAYIM