MBA azarkeşsiz oyunlara hazırlaşır

11 Mart, 14:10 Sosial mediada paylaşın:
Milli Basketbol Assosiasiyasında qarşıdakı oyunların azarkeşsiz keçirilməsi nəzərdə tutulur.
ABŞ mətbuatının məlumatına görə, artıq klub rəhbərləri boş tribunalar arasında oynamaq üçün plan hazırlayır. Komandalara müntəzəm çempionatın sonunda azarkeşsiz oynamaq ehtimalı ilə bağlı xəbərdarlıq edib. Yaxın günlərdə vəziyyətlə əlaqədar bəyanatın yayılacağı gözlənilir.
Məsələ ondadır ki, son vaxtlar koronavirus epidemiyası ABŞ-da sürətlə yayılmağa başlayıb. Hətta indidən okeanın o tayında bütün peşəkar liqalarda idmançıların paltardəyişmə otağına jurnalistlərin daxil olmasına qadağa qoyulub.